Kleman Bon - üzvlük prosedurunun sürətləndirilməsi mövcud deyil, kral buraxılış vəsiqəsi yoxdur, Ukrayna hələ müharibəni bitirməli, ölkəni bərpa etməli, tələbləri yerinə yetirməlidir, buna da vaxt lazım gələcək

Fransanın Avropa məsələləri üzrə dövlət katibi, KlemanBon deyir ki, Avropa İttifaqı liderlərinin güclü dəstəyinə baxmayaraq, Ukraynanın Avropa İttifaqına daxil olması üçün illər lazım olacaq. Bu barədə Klement Bon mediaya müsahibəsində bəyan etdi.

Onun sözlərinə görə, Ukrayna bütün namizədlər kimi ciddi qaydalara əməl etməlidir.

“Üzvlük prosedurunun sürətləndirilməsi mövcud deyil. Kkral buraxılış vəsiqəsi yoxdur. Ukrayna hələ müharibəni bitirməli, ölkəni bərpa etməlidir. Bütün demokratik və iqtisadi tələblərəyerinö yetirməlidir. Buna vaxt lazımdır. Halbuki, biz bu açıqlaığın əlamətini veriririk”, – Bon bəyan etdi.

Avropa İttifaqı liderləri iyunun 23-24-də keçiriləcək Avropa İttifaqı sammitində Ukrayna, Moldova və Gürcüstana namizəd statusunun verilməsini müzakirə edəcəklər. Ötən həftə Avropa Komissiyası Ukrayna və Moldovaya namizəd statusunun verilməsi rekomendasiyasını verdi.