Kiyevə hücuma görə Rusiyanın Birləşmiş Krallıqdakı səfiri Andrei Kelini xarici işlər nazirliyinə çağırıblar
Kiyevə hücuma görə Rusiyanın Birləşmiş Krallıqdakı səfiri Andrei Kelini xarici işlər nazirliyinə çağırıblar

 

Kiyevə hücuma görə Rusiyanın Birləşmiş Krallıqdakı səfiri Andrei Kelini xarici işlər nazirliyinə çağırıblar.

Bu barədə “BBC” məlumat yayır.

Media vasitəsi yazır ki, gözlənildiyi kimi, Kelinlə görüşü nazirlər deyil, qurumun yüksək vəzifəli şəxsləri keçirəcəklər.

Rusiyanın Kiyevə hücumu nəticəsində azı 17 nəfər həlak olub və onlarla insan yaralanıb. Qurbanlar arasında dörd uşaq var.

Rusiyanın hücumu nəticəsində Kiyevdə yaşayış binaları, şəxsi evlər və uşaq bağçaları zərər görüb. Binalardan biri qismən dağılıb.

Həmçinin, Avropa İttifaqının Ukraynadakı nümayəndəliyinin binasına, Britaniya Şurası və “Azadlıq” radiosunun ofislərinə ziyan dəyib. Bundan əvvəl məlum oldu ki, Ukraynanın paytaxtına hücuma görə Avropa İttifaqı Rusiyanın Brüsseldəki səfirini çağırıb.