Kiyevə edilmiş raket hücumu nəticəsində yaralananların sayı 25-ə yüksəlib, onların arasında 5 uşaq var
Kiyevə edilmiş raket hücumu nəticəsində yaralananların sayı 25-ə yüksəlib, onların arasında 5 uşaq var.
Kiyev Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumatı təsdiqləyir.
Onun verdiyi məlumata əsasən, 10 yaralı xəstəxanaya çatdırılıb, onlardan 4-ü azyaşlıdır, digər zərərçəkənlərə ambulator yardım göstərilib.
Kiyevə hücum gecə həyata keçirilib, yaşayış binalarına zərər dəyib.
Son məlumatlara əsasən, iki nəfər paytaxtda, dörd nəfər isə Kiyev vilayətində həlak olub.