Kiyevdə yenə partlayışlar səsi eşidilirdi, – bu barədə məlumatı Ukrayna Daxili İşlər nazirinin müşaviri Anton Qeraşenko yayıb. “BBC”-nin rusdilli xidmətinin jurnalisti də Kiyevdəki partlayışları təsdiqləyir. Partlayış səsləri Çerkassı şəhərində də eşidildi.
Eyni zamanda, Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri “tvitterdə” yazır ki, Kiyevə raket hücumu bu gün də gözlənilir.
“Bu gün ola bilsin b ütün günü Kiyevə işləsinlər. TƏhlükəsizlik tədbirlərindən imtina etməyin”, – Aleksey Arestoviç yazır.
Xatırladaq ki, Kiyevə raket hücumu bu gün səhər saatlarında da baş verdi. Raket çoxmərtəbəli evə düşdü. Bir nəfər həlak oldu, bir neçə nəfər yaralandı.
Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, Kiyevə raket hücumu Xəzər Dənizinin hava məkanından endirildi. Ukrayna hərbçilərinin məlumatına görə, hücum 5500 kilometr mənzilə malik XA-101 raketlərindən istifadə edildi.
İlkin məlumatlara görə, bu gün Kiyev istiqamətində 4-6 raket atılıb. Onlardan ikisi Ukraynalılar tərəfindən vurulub.