Kiyevdə rus dronlarının qalıqlarının düşməsi nəticəsində 6 nəfər xəsarət alıb

16:48, 29.10.2024

 
Kiyevdə rus dronlarının qalıqlarının düşməsi nəticəsində 6 nəfər xəsarət alıb.

Bu haqda Kiyevin şəhər administrasiyası və fövqəladə xidmətlər məlumat yayırlar.

Ukraynanın paytaxtında gecə Rusiya tərəfindən dronlarla hücuma görə hava hücumu xəbərdarlığı iki dəfə elan edilib və ümumilikdə dörd saatdan çox davam edib.

Dronun qalıqları Kiyevin Solomenski və Sviatoşin rayonlarına düşüb. Doqquzmərtəbəli binanın yaxınlığında yerləşən mağaza yanıb, eləcə də 3 avtomobil yanıb. Üçmərtəbəli inzibati binanın şüşələri sınıb.

Oxşar