Kiyevdə raket zərbəsi nəticəsində bir nəfər həlak oldu, xəsarət alanlar var
Ruslar Kiyevə raket zərbəsi endirdilər. Medianın məluamtına görə, bir nəfər həlak oldu.
Paytaxt meri Vitali Kliçkonun sözlərinə görə, səhər saatlarında ruslar Kiyev istiqamətində bir neçə raket atdılar və onlar hava hücumundan müdafiə sistemləri tərəfindən vuruldu. Merin dediyinə görə, raketlərdən biri Şevçenkovski rayonundakı yaşayış evinə düşdü, dinc sakinlər xarabalıqlar altında qaldılar.
Kliçkonun məlumatına görə, iki nəfər xəstəxanaya yerləşdirilib. Hadisə yerində xilasetmə işləri hələ də davam edir.
“Raketin düşdüyü Şevçenkovski rayonundakı yaşayış binasında axtarış-xilasetmə işləri aparılır. Xarabalıqlar altında qalanlar var. Bəzi sakinin evakuasiya edildi, iki xəsarət alanı xəstəxanaya yerləşdirdilər. Xilasedicilər işlərini davam etdirirlər. Həkimlər yerindədilər”, – paytaxt meri yazır.
Bununla yanaşı, medianın məlumatına görə, daha bir raket uşaq bağçası ərazisinə düşdü.