Kiyev şəhər administrasiyasının məlumatına görə, Rusiyanın işğalından sonra Kiyevdə 222 nəfər həlak olub, onlardan 60-ı mülki şəxslərdir
Kiyev şəhər administrasiyasının məlumatına görə, Rusiyanın işğalından sonra Kiyevdə 222 nəfər həlak olub, onlardan 60-ı mülki şəxslərdir

Rusiyanın Ukraynaya hücumundan bu günə qədər Kiyevdə 222 nəfər həlak olub, onlardan 60-ı mülki vətəndaş, o cümlədən 4 uşaqdır. Məlumatı Kiyev Şəhər Dövlət Administrasiyası rəhbərinin müavini Nikolay Povoroznik açıqlayıb.

Onun sözlərinə görə, döyüşlər zamanı 889 nəfər yaralanıb, onlardan 241-i mülki vətəndaş, 18-i uşaq, 3-ü təcili tibbi yardım maşınının sürücüsü və bir həkimdir.

Bundan əlavə, Nikolay Povoroznikin açıqladığı məlumatlara görə, Rusiya müharibə başlayandan sonra paytaxtda 36 yaşayış evi, beş şəxsi mülk, altı məktəb və dörd uşaq bağçasını dağıdıb.

Nikolay Povoroznikin sözlərinə görə, son 22 gündə Kiyevdə 757 uşaq doğulub.