Kiyev İsraildən hava hücumundan müdafiə sistemləri ilə yardım istəyir
Kiyev İsraildən hava hücumundan müdafiə sistemləri ilə yardım istəyir. Ukraynanın Xarici İşlər naziri, Dmitri Kulebanın “tvitter” sosial şəbəkəsində yazdığına görə, İsrailin baş naziri Yair Lapidlə telefon danışığı apadı və Ukraynanın İsrailə hava və raketdən müdafiə sistemləri və texnologiyaları tədarükü tələbini ətraflı müzakirə etdi.
“İsrailin baş naziri Yair Lapidlə danışdım və ona Rusiya raketləri və İran istehsalı olan dronların gətirdiyi təsvirolunmaz işgəncələr, itkilər və dağıntılar barədə məlumat verdim. Biz Ukraynanın İsrailə hava və raketdən müdafiə sistemləri və texnologiyaları təqdim etmək istəyini ətraflı müzakirə etdik”, – Kuleba yazır.