Kiyev hakimiyyəti vətəndaşları hələlik Ukrayna paytaxtına qayıtmamağa çağırır
Kiyev hakimiyyəti vətəndaşları hələlik Ukrayna paytaxtına qayıtmamağa çağırır.
Kiyev Regional Bölgə Administrasiyasının məlumatına görə, Rusiya hərbçiləri Kiyevə hücumları bərpa etdilər.
Eyni zamanda, şəhərin girişində nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
“Həkimlər, təcili yardım xidmətləri və hərbçilər bu tıxaclara görə hərəkət edə bilmirlər”, – Kiyev Hərbi Dairəsinin administrasiyasında bəyan etdilər.
Onların sözlərinə görə, hər gün şəhərə 40-50 min adam qayıdır ki, bu da əhali üçün təhlükə yaradır.
Xatırladaq ki, bu gün səhər saatlarında Kiyevdə partlayış səsləri eşidildi. Rusiya mediasının məlumatına görə, onların hədəfi hərbi fabrik odu.