Kit Keloqi – Ukraynanın NATO-ya üzvlüyü məsələsi müzakirə olunmur

14:06, 21.04.2025

 

Ukraynanın NATO-ya üzvlüyü məsələsi müzakirə olunmur – bu barədə ABŞ-nin Rusiya və Ukrayna məsələləri üzrə xüsusi nümayəndəsi Kit Keloqi bildirib.

Amerikalı diplomatın sözlərinə əsasən, prezident Tramp müharibəni bitirmək üçün 90 gün ərzində 900 gün ərzində görüləndən daha çox iş görüb.

Həmçinin, Kit Keloqi qeyd edib ki, Donald Tramp prosesi həll yoluna yönəldir.

“Düşünürəm ki, biz yaxşı yoldayıq, çünki baş verənlərdən yorulmuşuq. Dünyada Amerika Birləşmiş Ştatlarının iştirak etməli olduğu bir çox başqa məsələlərimiz var və bu müharibə çox uzun müddətdir ki, davam edir. Lakin düşünürəm ki, imkan var. Şərtlər siyahısı dediyim şeyi təqdim etdik. Gələcəkdə ukraynalılar üçün belə görünür. Onlar Kiyevə qayıdıblar, gələn həftə Londona dönəcəklər və biz deyəcəyik: bu necə görünür? Sonra ruslara müraciət edəcəyik və deyəcəyik: sizin şərtlər siyahınız necə görünür? Daha sonra isə onları bir araya gətirəcəyik. Bir nümunə çəkim. Bizim tərəfimizdən çox aydın şəkildə qeyd olunan bir nümunə: NATO məsələsi müzakirə olunmur. Siz onun bir hissəsi olmayacaqsınız. Bu yeni olmayan bir şeydir. Biz bu barədə 2008-ci ildən, səfir Bernsin Kondoliza Raysa bunun ifrat olduğunu dediyi vaxtdan danışırıq” – Kit Keloqi bildirib.

Oxşar