Kit Keloqi - Rusiyanın dəhşətli hücumları ABŞ Prezidentinin can atdığı sülhü təhdid edir
Kit Keloqi - Rusiyanın dəhşətli hücumları ABŞ Prezidentinin can atdığı sülhü təhdid edir

 

Rusiyanın dəhşətli hücumları ABŞ Prezidentinin can atdığı sülhü təhdid edir. Bu barədə ABŞ Prezidentinin Ukrayna məsələləri üzrə xüsusi nümayəndəsi Kit Keloqi X sosial şəbəkəsində yazır.

Keloqi bildirib ki, Kiyevə edilmiş hücumun hədəfi əsgərlər və ya silah deyil, Ukraynanın paytaxtının yaşayış məntəqələri olub.

“Dünən gecə Rusiya 600 dron və 31 raketlə müharibə boyunca ikinci ən böyük miqyaslı hava hücumunu həyata keçirdi. Hədəflər? əsgərlər və silah deyil, Kiyevin yaşayış məntəqələri – mülki qatarlar, Avropa İttifaqı və Britaniyanın Missiyasının Şurasının ofisləri və günahsız dinc sakinlər bombalandı. Rusiyanın dəhşətli hücumları ABŞ Prezidentinin can atdığı sülhü təhdid edir” – Kit Keloqi yazır.