Kit Keloqi - NATO-nun genişlənməsinin dayandırılması ilə bağlı Rusiya təkcə Ukraynadan deyil, həm də Gürcüstan və Moldovadan da danışır, biz deyirik, sizin sərhədinizədək genişlənmənin dayandırılmasını müzakirə edə bilərik
NATO-nun genişlənməsinin dayandırılması ilə bağlı Rusiya təkcə Ukraynadan deyil, həm də Gürcüstan və Moldovadan da danışır, biz deyirik, sizin sərhədinizədək genişlənmənin dayandırılmasını müzakirə edə bilərik – bu barədə Donald Trampın Ukrayna məsələləri üzrə xüsusi nümayəndəsi, general Kit Keloqi “ABC News”a müsahibəsində deyib.
Kit Keloqi, Donald Trampın Putinə əgər belə bir tələb müharibəyə son qoyulması üçün şərt olarsa, NATO-nun şərqə doğru genişlənməyəcəyini vəd etməyə hazır olduğunu təsdiqləyib.
“Düşünürəm ki, bu tamamilə əsaslı narahatlıqdır. Rusiya bu məsələni hər zaman gündəmə gətirir. Onlar təkcə Ukraynadan deyil, həm də Gürcüstan və Moldovadan da danışırlar. Biz deyirik, yaxşı, sizin sərhədinizədək NATO-nun genişlənməsinin dayandırılmasını müzakirə edə bilərik. Bu, onların təhlükəsizlik maraqlarıdır” – Kit Keloqi müsahibəsində deyib.
Keloqi bildirib ki, Ukraynanın NATO-ya üzv olması gündəmdə deyil və bu mövqeyi Alyansın azı dörd üzv dövləti paylaşır.
“Dəfələrlə demişik ki, Ukraynanın NATO-ya üzv olması gündəmimizdə deyil. Belə deyən yeganə ölkə biz deyilik. Bunu təsdiq edəcək daha dörd NATO ölkəsinin adını çəkə bilərəm. Üzvlük üçün isə 32 ölkənin hamısının razılığı lazımdır” – Keloqi qeyd edib.