Kit Keloqi Kiyevə gedib

11:46, 14.07.2025

 

ABŞ Prezidenti Donald Trampın Ukrayna məsələləri üzrə xüsusi nümayəndəsi Kit Keloqi Kiyevə gedib.

Ukrayna Prezident Ofisinin rəhbəri Andrei Yermakın sosial şəbəkədə yazdığı kimi, Keloqi ilə o cümlədən silahlanma, sanksiyalara aid olan məsələləri müzakirə edəcəklər.

“Müdafiə, təhlükəsizliyin gücləndirilməsi, silahlanma, sanksiyalar, xalqımızın müdafiəsi, Ukrayna ilə Amerika Birləşmiş Ştatları arasında əməkdaşlığın gücləndirilməsi – müzakirə ediləcək çox mövzular var” – Yermak qeyd edib.

Oxşar