ABŞ Prezidentinin xüsusi nümayəndəsi Kit Keloqi iyulun 14-də Ukraynaya gedəcək. Ukrayna mediası bu barədə Kit Keloqiyə istinadən yazır.
Kit Keloqinin qeyd etdiyi kimi, səfər bir həftə davam edəcək.
“Bazar ertəsi Kiyevdə olacağıq, bir həftə ərzində orada qalacağıq” – Kit Keloqi bildirib.
Bununla yanaşı, məlum olduğu kimi, ABŞ iyulun 10-da Kit Keloqidən başqa senatorlar Lindsi Qrem və Riçard Blumentalın da qatıldığı “İstəklilər koalisiyası”nın iclasında ilk dəfə iştirak edib.