Kit Keloqi Donald Trampın Ukraynaya Rusiyanın daxili ərazisinə zərbələr endirməyə icazə verdiyini bildirir
Kit Keloqi Donald Trampın Ukraynaya Rusiyanın daxili ərazisinə zərbələr endirməyə icazə verdiyini bildirir

 

ABŞ Prezidenti Donald Tramp Ukraynaya Rusiyanın daxili ərazisinə zərbələr endirməyə icazə verib – bu barədə məlumatı ABŞ Prezidentinin xüsusi nümayəndəsi Kit Keloqi təsdiqləyir.

Keloqi bildirib ki, Donald Tramp hesab edir ki, Ukrayna ordusu tərəfindən Rusiyanın ərazisinə uzaqmənzilli zərbələr endirilməsi məqsədəuyğun olacaq.

Kit Keloqi “Fox News”a müsahibəsində bildirib ki, Tramp administrasiyası Ukraynaya “Tomahawk” tipli raketləri verməyi nəzərdən keçirir. Bununla yanaşı, Kit Keloqi qeyd edib ki, ukraynalılar amerikalı əsgərlərin göndərilməsini heç vaxt tələb etməyiblər və sadəcə “silah, onlardan istifadə üçün icazə” istəyiblər.

Ukraynalı əsgərlərin Amerika silahından istifadə etmək icazəsi olub-olmaması ilə bağlı suala Keloqi cavab verib ki, bu, prezidentin qərarından asılıdır. Uzaqmənzilli zərbələr endirilməsinə isə məhz onun tərəfindən icazə verilib.

“Bəzən onların bu səlahiyyəti olur, bəzən olmur. Prezidentin əmrlərinə hamı əməl etməlidir. Əgər prezident sola gedirsə, siz də sola gedirsiniz. Əgər o sizə sağa gedin deyirsə, siz də sağa gedirsiniz. Prezident bizə deyirsə ki, hansısa bir şeyi etməliyik, biz sadəcə onu etməliyik. Düşünürəm ki, onun dediklərini, eləcə də vitse-prezident Vensin və katib Rubionun dediklərini oxuyandan sonra cavab müsbətdir. Uzaqmənzilli zərbə imkanından istifadə edin. Təhlükəsiz zonalar kimi bir şey yoxdur. Məncə, bu, keçən həftə təsdiqlənməsinin səbəblərindən biridir — Prezident Zelenski Prezident Trampdan “Tomahawk” raketləri istədi” – Kit Keloqi bildirib və raketlərin potensial tədarükü ilə bağlı hələ qərarın verilmədiyini və təklifin müzakirə prosesində olduğunu qeyd edib.

General, yekun qərarın Donald Trampdan asılı olduğunu deyib.