Kit Kelloq – Ukrayna və Rusiyanın itkiləri ölən və yaralananların sayına görə 1,2 milyona çatır, bu isə İkinci Dünya Müharibəsindəki itkiləri üstələyir, Tramp haqlıdır, bu ölüm hadisələri dayandırılmalıdır
ABŞ prezidentinin xüsusi nümayəndəsi Kit Kellogun bəyanatına görə, Ukrayna ilə Rusiya arasındakı müharibədə ölən və yaralananların ümumi sayı artıq İkinci Dünya Müharibəsindəki itkiləri keçib.
Kellogun sözlərinə görə, bu vəziyyət mütləq dayandırılmalıdır.
“Prezident Tramp haqlıdır, biz bu ölüm hadisələrini dayandırmalıyıq. Rəqəmlərə baxanda, bu kütləvi qətllərdir. Hər iki tərəfin ümumi itkisi artıq 1,2 milyon nəfərdir. Bu, sadəcə dəhşətdir və İkinci Dünya Müharibəsindəki itkilərdən də artıqdır,” – deyə Kelloq bildirib.