Kit Kelloq – Qətlləri dayandırın, əvvəl qeyd-şərtsiz atəşkəs, sonra isə sülh danışıqları.
Kit Kelloq – Qətlləri dayandırın, əvvəl qeyd-şərtsiz atəşkəs, sonra isə sülh danışıqları.

Əvvəl qeyd-şərtsiz atəşkəs, sonra isə sülh danışıqları — bu barədə ABŞ prezidentinin Ukrayna məsələləri üzrə xüsusi nümayəndəsi Kit Kelloq sosial şəbəkədə yazıb.

Kelloq bu sözlərlə Rusiya prezidentinin Ukrayna ilə birbaşa danışıqların bərpası təklifinə cavab verib. Onun sözlərinə görə, ilk növbədə Rusiya qeyd-şərtsiz olaraq 30 günlük atəşkəslə razılaşmalıdır, bundan sonra isə sülh müzakirələrinin keçirilməsi mümkün olacaq.

“Prezident Trampın dəfələrlə dediyi kimi: Qətlləri dayandırın!! Əvvəl qeyd-şərtsiz 30 günlük atəşkəs olmalıdır və bu müddət ərzində hərtərəfli sülh danışıqlarına keçək. Əksinə yox,” – deyə Kit Kelloq yazır.