Kit Kelloq ABŞ Prezidenti Donald Tramp ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında baş tutan telefon danışığına münasibət bildirdi – Empatiya liderliyin əsas tərkib hissəsidir
ABŞ Prezidentinin Ukrayna məsələləri üzrə xüsusi nümayəndəsi Kit Kelloq ABŞ Prezidenti Donald Tramp ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında baş tutan telefon danışığına münasibət bildirib.
“Yaxşıdır. Bu, klassik Donald Trampdır. O, hər zaman empatiya göstərməyə hazırdır”, – deyə Kelloq sosial şəbəkədə yazıb.
General Kit Kelloq Zelenskiyə Texasda baş verən daşqınla bağlı başsağlığı məktubu üçün təşəkkür edib.
“Hər iki prezident gənclərin itkisinin ağrısını – həm sülh, həm də müharibə şəraitində – anlayır. Empatiya liderliyin əsas tərkib hissəsidir”, – deyə Donald Trampın xüsusi nümayəndəsi vurğulayıb.