Kişinyovda Rumıniya və Moldova Parlamentlərinin ilk birgə iclası keçirilir
Kişinyovda Rumıniya və Moldova Parlamentlərinin ilk birgə iclası keçirilir

Kişinyovda Rumıniya və Moldova Parlamentlərinin ilk birgə iclası keçirilir.

Moldova mediasının məlumatına görə, iclası konstitusiyaya zidd adlandıran müxalif kommunistlər və sosialistlər blokundan başqa Moldovanın bütün partiyaları sessiyada iştirak edirlər.

Parlamentin birgə iclasında Moldova prezidenti Maia Sandu da iştirak edir. Rumıniya tərəfdən iclasda hər iki palatanın rəhbərləri – Marsel Çolaku və Florin Kitsu, həmçinin Parlament qruplarının, Senat və Deputatlar Palatasının komissiyalarının rəhbərləri iştirak edirlər.

Parlamentlərin iclası “Spatul Cerinanın” təkrarıdır – 1917-1918-ci illərdə mövcud olmuş və sonra Rumıniya və Moldovanın birləşməsini elan edən qurum.  2016-cı ildə Moldovada “Spatul Ceria 2” konqresi keçirildi, konqresdə Moldova və Rumıniyanın birləşməsinin zəruriliyi haqqında bəyannamə və birlik üçün “yol xəritəsi” qəbul edildi. Sənədlərdə iki ölkənin birləşməsi üçün arzu olunan tarix – 2018-ci il və bunun üçün zəruri tədbirlər göstərilir: ərazi islahatı, polisin, hökumətin birləşməsi, Moldovanın avroya keçidi.