Kirill Dmitriyev – Ukrayna münaqişəsinin tərəfdarları Volodimir Zelenski və Donald Tramp arasında planlaşdırılan danışıqlardan narahatdırlar
Ukraynadakı münaqişənin tərəfdarları Volodimir Zelenski və ABŞ prezidenti Donald Tramp arasında planlaşdırılan danışıqlardan narahatdırlar, – bunu Rusiya Birbaşa İnvestisiya Fondunun icraçı direktoru Kirill Dmitriyev bildirib.
“Avropalı və britaniyalı münaqişə tərəfdarları panikadadırlar,” – deyə Kirill Dmitriyev sosial şəbəkədə yazıb.
Rəsmi şəxs bu sözlərlə Politico və Bild nəşrlərində dərc olunmuş, danışıqlarda hansı avropalı liderlərin iştirak edə biləcəyi ilə bağlı proqnozlara münasibət bildirib.