Kiril Dmitriyev - Zelenskinin bəyanatı bizi sevindirir, o, nəhayət başa düşdü ki, ABŞ-nin mövqeyi yalnız Ukrayna Donbasdan çəkildiyi təqdirdə təhlükəsizlik zəmanətlərini dəstəkləməkdir
Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kiril Dmitriyev bildirib ki, Rusiya Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-nin Donbasın Rusiyaya verilməsini təhlükəsizlik zəmanətləri üçün şərt göstərməsi barədə bəyanatından məmnundur.
“Dünən səsləndirdiyi bu anlayış ümumiyyətlə bizi sevindirməyə bilməz. Zelenski nəhayət başa düşdü ki, ABŞ-nin mövqeyi yalnız Ukrayna Donbasdan çəkildiyi təqdirdə təhlükəsizlik zəmanətlərini dəstəkləməkdir” – Dmitriyev bildirib.
Məlumat üçün bildirək ki, Volodimir Zelenski “Reuters”ə müsahibəsində bildirib ki, ABŞ Kiyevə təhlükəsizlik zəmanətlərini Ukrayna ordusunun Rusiyanın hələ işğal etmədiyi Donetsk və Luqansk bölgələrindən çıxması şərti ilə təklif edir. Eyni müsahibədə Zelenski həmçinin qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin Donbasdan çıxarılmasını təhlükəli addım hesab edir, o cümlədən Qərb üçün də.