Kiril Dmitriyev - Kiyevin Donbassdan çıxması sülhə gedən yoldur
Kiril Dmitriyev - Kiyevin Donbassdan çıxması sülhə gedən yoldur

 

Ukraynanın Donbass bölgəsindən çıxması sülhə gedən yoldur – bu haqda Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kiril Dmitriyev bildirib.

Dmitriyevin sosial şəbəkədə yazdığı kimi, bu yol sülh razılaşmasına nail olmağın açarıdır.

“Donbassdan çıxmaq Kiyev üçün sülhə gedən yoldur” – Dmitriyev yazır.

Bununla yanaşı, Dmitriyev ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin Ukraynanın Donbassda Kiyev tərəfindən nəzarət edilən ərazidən qoşunları çıxarmağa razı olub-olmamasından asılı olması haqda “Financial Times”ın materialını paylaşıb.