Kiril Dmitriyev – Görünür, Qrenlandiyanın taleyi həll olunub, Avropa İttifaqı vəziyyəti izləməyə və ikili standartlar nümayiş etdirməyə davam edəcək, növbəti Kanadamı olacaq?

20:37, 06.01.2026

 

Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kiril Dmitriyev Qrenlandiyanın taleyinin həll olunduğunu bildirir. Onun, sosial şəbəkədə yazdığı kimi, Avropa İttifaqı ABŞ-nin vassalıdır.

Həmçinin, Dmitriyev ABŞ-nin növbəti “hədəfi”nin Kanada ola biləcəyini deyir.

“Görünür, Qrenlandiyanın taleyi həll olunub – Avropa İttifaqı vassalların ən yaxşı bacardığı işi görməyə davam edəcək: “vəziyyəti izləmək” və ikili standartlar nümayiş etdirmək. Növbəti Kanadamı olacaq?” – Dmitriyev X-də yazır.

Məlumat üçün bildirək ki, ABŞ Prezidenti Donald Tramp bir daha bildirib ki, Amerika Birləşmiş Ştatlarına Qrenlandiya öz milli təhlükəsizliyi üçün lazımdır. Avropa ölkələrinin əksəriyyəti Danimarka ilə həmrəy olduğunu bildirir.

Oxşar