Kiril Dmitriev - Donald Tramp və Vladimer Putin arasında telefon danışığından sonra əməkdaşlığın yeni fəsli başlayır
Kiril Dmitriev - Donald Tramp və Vladimer Putin arasında telefon danışığından sonra əməkdaşlığın yeni fəsli başlayır

 

Donald Tramp və Vladimer Putin arasında telefon danışığından sonra əməkdaşlığın yeni fəsli başlayır – bu barədə Rusiya Prezidentinin xarici ölkələrlə investisiyalar və iqtisadi əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Kiril Dmitriev deyib.

Dmitriev, ABŞ və Rusiya arasında əməkdaşlığın mühüm olduğunu bildirib.

“ABŞ və Rusiya arasında müsbət əməkdaşlıq qlobal sülh və rifah üçün həyati əhəmiyyət kəsb edir. Yeni fəsil başlayır” – Dmitriev sosial şəbəkədə yazır.

Bununla yanaşı, Dmitriev Rusiya Prezidentinin Donald Trampı ABŞ-nin Müstəqillik Günü münasibətilə təbrik etdiyini deyib. Rus mediasının yazdığı kimi, ilin əvvəlindən bəri bu, ABŞ və Rusiya prezidentləri arasında altıncı telefon danışığı olub.