Kiril Dmitriev - Donald Tramp və onun komandası real həll yoluna can atır, qoy, bu böyük gündə sülh qalib gəlsin
Kiril Dmitriev - Donald Tramp və onun komandası real həll yoluna can atır, qoy, bu böyük gündə sülh qalib gəlsin

 

Donald Tramp və onun komandası real həll yoluna can atır, qoy, bu böyük gündə sülh qalib gəlsin – bu barədə Rusiyanın Birbaşa İnvestisiyalar Fondunun icraçı direktoru Kiril Dmitriev deyib.

Dmitriev sosial şəbəkədə ABŞ Prezidentinin bəyanatını paylaşıb, bəyanatda Donald Tramp bu günün ABŞ üçün böyük gün olduğunu yazır.

“Tramp və onun komandası real həll yoluna can atır. Qoy, bu böyük gündə problemin həlli və sülh qalib gəlsin” – Dmitriev yazıb.

Xatırladaq ki, bu gün Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp Volodimir Zelenski ilə yerli vaxtla saat 13:15-də görüşəcək, təxminən bir saatlıq görüşdən sonra isə avropalı liderlər onlara qoşulacaqlar.