Kiribati adası Yeni ili artıq qarşılayıb
Kiribati adası Yeni ili artıq qarşılayıb

 

Kiribatidə artıq 2026-cı ildir. İlk Yeni ili məhz Sakit Okeanda yerləşən Milad adasında və Tonqada qarşılayıblar.

Gürcüstan vaxtı ilə saat 15:00-da Yeni Zelandiyanın bir hissəsində və Samoada Yeni ilin gəlişini qeyd edəcəklər.

Sonra Avstraliya, Yaponiya, Cənubi Koreya və Hindistanda yeni ili qarşılayacaqlar.

Nyu-Yorkun Tayms meydanında Yeni ilə hazırlıq davam edir. Ənənəvi olaraq, Nyu-Yorkun mərkəzində Yeni il gələndə büllur top atılır. Bu mərasim 1907-ci ildən bəri Nyu-Yorkda keçirilir və çoxlu insan tərəfindən izlənilir. Ən gec isə Yeni il Amerika Samoasında qarşılanacaq.