Kir Starmerin Ofisi - Böyük Britaniyanın Ukraynaya dəstəyi sarsılmazdır
Kir Starmerin Ofisi - Böyük Britaniyanın Ukraynaya dəstəyi sarsılmazdır

 

Böyük Britaniyanın Ukraynaya dəstəyi sarsılmazdır – bu barədə ölkənin baş naziri Kir Starmerin Ofisinin bəyanatında qeyd olunub.

“Bütün liderlər bu həftənin Ukraynanın gələcəyi üçün mühüm məqam olması barədə razılaşdılar. Telefon danışığı zamanı liderlər atəşkəs və qan tökülməsinə son qoyulması üçün Putini danışıqlar masasına əyləşdirmək səylərinə görə ABŞ Prezidenti Donald Trampa təşəkkür ediblər” – bəyanatda deyilir.

Bununla yanaşı, Britaniyanın Baş nazirinin Ofisinin məlumatına əsasən, Starmer telefon danışığı zamanı “beynəlxalq sərhədlər gücdən istifadə etməklə dəyişdirilməməlidir və Ukraynanın istənilən razılaşmanın bir hissəsi kimi ərazi bütövlüyünü qorumaq üçün möhkəm və etibarlı təhlükəsizlik zəmanətləri olmalıdır” deyib.