Kir Starmer Ukraynaya yollanıb

11:22, 16.01.2025

 

Böyük Britaniyanın Baş naziri Kir Starmer Ukraynaya yollanıb. Məlumatı “Guardian” yayır.

Starmer Ukraynanın Prezidenti Volodimir Zelenski ilə görüşəcək və onlar görüşdə “100 illik tərəfdaşlıq” sazişi imzalayacaqlar.

Bununla yanaşı, Starmerin ofisi tərəfindən yayılmış bəyanatda qeyd edildiyi kimi, bu, Baltik, Qara və Azov dənizlərinin təhlükəsizliyini gücləndirmək və Rusiyanın davam edən təcavüzünü dayandırmaq üçün dəniz təhlükəsizliyi sahəsində hərbi əməkdaşlığı gücləndirəcək tarixi əhəmiyyət kəsb edən sazişdir.

Oxşar