Kir Starmer - Reallıqla üzləşməliyik, "Brexit" iqtisadiyyatımıza ciddi ziyan vurdu, Avropa İttifaqı ilə daha sıx əlaqələrə doğru irəliləməni davam etdirməliyik
Reallıqla üzləşməliyik, “Brexit” iqtisadiyyatımıza ciddi ziyan vurdu – bu haqda Böyük Britaniyanın Baş naziri Kir Starmer deyib.
Starmer bildirib ki, Britaniya üçün lazım olan iqtisadi baxış açıq iqtisadiyyatdır.
“Avropa İttifaqı ilə daha sıx əlaqələrə doğru irəliləməni davam etdirməliyik və bunun üçün güzəştə getmək məcburiyyətində olduğumuza hazır olmalıyıq. Bu, bütün dünyadakı ticarət münasibətlərimizə aiddir və bu hökumətə münasibətdə bunu artıq gördüyünüz kimi, münasibətlər qurmaq istəyirsənsə, razılaşmalar bağlanmalıdır. ABŞ, Hindistan və Avropa İttifaqı ilə etdiyimiz budur” – Starmer deyib.