Kir Starmer: Müharibə davam etdiyi halda belə Rusiya yenidən silahlanır, bu təhdidə tam cavab verməliyik, bəli, lazım gələrsə döyüşməyə hazır olmalıyıq
Britaniyalılar Rusiya ilə mübarizəyə hazırlaşmalıdır. Bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmer Münhen Təhlükəsizlik Konfransında bildirib.
Starmerin sözlərinə görə, Rusiya bütün Avropa üçün təhlükə yaradır.
“Müharibə davam etdiyi halda belə, Rusiya yenidən silahlanır. Buna görə də bu təhdidə tam cavab verməliyik… Minlərlə çıxış ənənəsini pozaraq deyəcəyəm: bu gün biz yol ayrıcında deyilik,” – deyə Böyük Britaniyanın Baş naziri qeyd edib.
Onun sözlərinə görə, əksinə, qarşıdakı yol “aydındır”.
“Biz sərt gücümüzü gücləndirməliyik… Bəli, lazım gələrsə döyüşməyə hazır olmalıyıq,” – deyə Starmer bildirib.