Kir Starmer “Dauninq stritdə” Volodimir Zelenskini qəbul edib, liderlər Ukraynanın “Qələbə planını” müzakirə ediblər

16:16, 10.10.2024

 
Böyük Britaniyanın Baş naziri Kir Starmer və Ukraynanın Prezidenti Volodimir Zelenski Ukraynanın “Qələbə planı”nı müzakirə ediblər. Liderlər “Dauninq stritdə”, Böyük Britaniyanın baş nazirinin iqamətgahında görüşüblər.

Bununla yanaşı, Kir Starmer NATO-nun baş katibi Mark Rutteni də qəbul edib və onunla görüşdə “bütün səhərini Zelenski ilə qələbə planını müzakirə etməyə həsr etdiyini” bildirib.

Ukraynanın Prezidentinin Parisə də səfəri planlaşdırılır və Emmanuel Makron Yelisey sarayında Volodimir Zelenskini qəbul edəcək. Ehtimal edilir ki, Zelenski Almaniyanın kansleri Olaf Şolts və prezident Frank-Valter Ştaynmayerlə bu həftə Berlində görüşəcək, lakin məlumat hələ rəsmi olaraq təsdiqlənməyib.

Oxşar