Kir Starmer - Danimarka NATO-nun müttəfiqidir və Qrenlandiyanın gələcəyinin Danimarka və Qrenlandiyanın özü tərəfindən müəyyən edilməsi vacibdir
Böyük Britaniyanın Baş naziri Kir Starmer bildirir ki, Qrenlandiyanın gələcəyinə Danimarka və Qrenlandiyanın özü qərar verməlidir.
“Danimarkanın Baş naziri ilə razıyam və o, Qrenlandiyanın gələcəyi barədə haqlıdır. Qrenlandiyanın gələcəyinə Qrenlandiya və Danimarka Krallığı qərar verməlidir. Danimarka NATO-nun müttəfiqidir və Qrenlandiyanın gələcəyinin Danimarka və Qrenlandiyanın özü tərəfindən müəyyən edilməsi vacibdir” – Starmer bildirib.
Prezident Trampa “əllərinizi Qrenlandiyadan çəkin” deyərdi yoxsa yox sualına, Starmer “bəli” cavabını verib.
Məlumat üçün bildirək ki, ABŞ Prezidenti Donald Tramp öz milli təhlükəsizliyi üçün Amerika Birləşmiş Ştatlarına Qrenlandiyanın lazım olduğunu bildirib.
Avropa ölkələrinin əksəriyyəti Danimarkaya dəstək ifadə ediblər.