Kir Starmer - Bugünkü sammitdə qeyri-qanuni miqrasiyanı müzakirə edəcəyik, başqa ölkələrlə əməkdaşlıq hər zaman daha güclü cavabdır
Kir Starmer - Bugünkü sammitdə qeyri-qanuni miqrasiyanı müzakirə edəcəyik, başqa ölkələrlə əməkdaşlıq hər zaman daha güclü cavabdır

 

Biz qeyri-qanuni miqrasiyanı müzakirə edəcəyik və birlikdə hansı əlavə tədbirləri görə biləcəyimizi öyrənəcəyik, mən hər zaman deyirdim ki, başqa ölkələrlə əməkdaşlıq hər zaman daha güclü cavabdır – bu haqda Böyük Britaniyanın Baş naziri Kir Starmer Avropa Siyasi Birliyinin sammiti başlamazdan əvvəl deyib.

O bildirib ki, sammitdə bu baxımdan bir neçə variant müzakirə olunacaq.

“Maraq böyükdür, çünki bir neçə ölkə bizimlə işləmək istəyir. Belə ki, biz bu məsələni müzakirə edəcəyik. Həmçinin, əlbətdə, Ukrayna məsələsi var və Ukraynaya dəstəyi necə gücləndirə bilərik, Putinə daha çox təzyiq necə göstərə bilərik. Bu iki məsələ bugünkü müzakirədə üstünlük təşkil edəcək” – Starmer bildirib.