Kir Starmer Britaniyanın Kiprə öz hərbi bazasına "HMS Dragon"u göndərəcəyini təsdiqləyib
Kir Starmer Britaniyanın Kiprə öz hərbi bazasına "HMS Dragon"u göndərəcəyini təsdiqləyib

 

Birləşmiş Krallığın Baş naziri Kir Starmer Böyük Britaniyanın Kiprə öz hərbi bazasına “HMS Dragon”u göndərəcəyini təsdiqləyib.

O, qərarın Kipr Prezidenti ilə danışıqlardan sonra verildiyini bildirib.

Bununla yanaşı, Starmer qeyd edib ki, Britaniya gəmi ilə birlikdə Kiprə dronlar əleyhinə helikopterlər də göndərir.

“Biz hər zaman Böyük Britaniyanın və müttəfiqlərimizin maraqlarından irəli gələrək hərəkət edəcəyik” – Kir Starmer bildirib.

Məlumat üçün bildirək ki, Böyük Britaniya hakimiyyəti Kiprə “Type 45” hava hücumundan müdafiə esminesi göndərib-göndərməmək barədə razılığa gələ bilmirdi. “Type 45” hava hücumundan müdafiə esminesi “HMS Dragon” Britaniya arsenalında ballistik raketləri vura bilən yeganə gəmidir. Martın 2-də Kipr Prezidenti Nikos Kristodulides İran dronu ilə Cənubi Kiprdəki Britaniya bazasına hücum edildiyini təsdiqlədi. O, “Shahed” pilotsuz uçuş aparatının gecə yarısından sonra Akrotiridə yerləşən Böyük Britaniyanın hərbi obyektlərinə düşdüyünü və “kiçik maddi ziyan”a səbəb olduğunu bildirib.