Kir Starmer Britaniyanın Baş naziri postunu bu gün rəsmi olaraq tərk etdi, Endi Barnem Britaniyanın yeni baş naziri oldu
Bu gün elə bir dünyada yaşayırıq ki, rəqiblərimiz dəyərlərimiz, azadlığımız, ləyaqətimiz və ən əsası Ukrayna xalqına olan sarsılmaz dəstəyimizə görə bizi bölmək üçün heç bir şeydən çəkinmirlər – bu barədə Kir Starmer Britaniyanın baş naziri vəzifəsində son bəyanatında deyib.
“Əminəm ki, bu gün Britaniya iki il əvvəlki ilə müqayisədə daha güclü və daha ədalətlidir. İqtisadiyyatımız güclənib. Hər gün minlərlə uşaq yoxsulluqdan xilas olur. Miqrasiya əhəmiyyətli dərəcədə azalıb. Müdafiə və təhlükəsizlik sistemimiz xeyli möhkəmdir, Britaniyanın beynəlxalq nüfuzu isə nəzərəçarpan dərəcədə artıb. Lakin bu vəzifədə ən yaddaqalan və həyəcanverici məqam hər gün bu ölkənin nə qədər əzəmətli olduğunu görmək imkanımın olması idi. Hər gün ölkəmizə xidmət edən insanların – istər hərbi formada, istər tibbi geyimdə, istərsə də öz icmalarında təmənnasız çalışan və yaşadıqları yerin qayğısına qalan milyonlarla könüllünün əvəzolunmaz dözümlülüyünü, mətanətini, ləyaqətini və mərhəmətini görürdüm. Bu gün elə bir dünyada yaşayırıq ki, rəqiblərimiz dəyərlərimiz, azadlığımız, ləyaqətimiz və ən əsası Ukrayna xalqına olan sarsılmaz dəstəyimizə görə bizi bölmək üçün heç bir şeydən çəkinmirlər. Məhz buna görə də, bu təzyiq fonunda ətrafımızdakı Britaniya gücünü xatırlamaq çox vacibdir. Problemlərimizi necə həll edəcəyimiz barədə mübahisə edə bilərik, lakin bizi ölkəmizdən və milli xarakterimizdən aldıqlarımız birləşdirir. Məhz bu, ölkəni yaxşılığa doğru dəyişə biləcəyimizə, nifaq toxumlarına təslim olmasaq, hər bir uşağın öz istedadını tam üzə çıxarmaq imkanının olacağı və fərqli insanların vahid bayraq altında birləşəcəyi Britaniya yarada biləcəyimizə inam verir. İndi liderliyi Endi Barnemə təhvil verərkən ona ürəkdən uğurlar arzulayıram. O, mənim tam dəstəyimə sahibdir. Son olaraq, ailəmə, komandama, Leyboristlər Partiyasının bütün əməkdaşlarına, Dauninq Strit 10 və dövlət qulluğunun bütün üzvlərinə, həmçinin bu yolda bizə dəstək olan hər kəsə bir daha təşəkkür etmək istəyirəm. Siyasətdə diqqət tez-tez tək bir şəxsə yönəlsə də, əslində bu həmişə komanda işidir. Ölkəmiz və partiyamız üçün nail olduğumuz hər bir dəyişiklik bunun üçün mübarizə aparan hər bir insana məxsusdur. Onlara bir daha təşəkkür edirəm. Britaniya xalqına göstərdikləri etimada və Onlara xidmət etmək imkanı verdiklərinə görə minnətdarlığımı bildirirəm. Vəzifəni ləyaqətlə tərk edirəm. Təbəssümlə və birlikdə nail olduğumuz hər şeylə fəxr edərək gedirəm” – Starmer bildirib.
Qeyd olunan bəyanatdan sonra Kir Starmer Birləşmiş Krallığın Kralı Üçüncü Çarlzla görüşüb və rəsmi olaraq baş nazir postunu tərk edib.
Britaniyanın yeni baş naziri Endi Barnem olub. Böyük Britaniya monarxı onun namizədliyini artıq təsdiqləyib.