Kir Starmer Britaniya nüvə sualtı qayığının göyərtəsində olub

16:08, 20.03.2025

 
Birləşmiş Krallığın Baş naziri Kir Starmer Britaniya nüvə sualtı gəmisinin, “HMS Vanguard”ın göyərtəsinə çıxıb. Bu barədə məlumatı “Sky News” yayır.
Sözügedən sualtı qayıq dənizdə ən uzun, 200 günlük patrul xidməti aparıb.
Medianın məlumatına əsasən, 2013-cü ildən bəri ilk dəfə ölkənin baş naziri krallıq donanmasının dörd nüvə sualtı gəmisindən birini patrul xidmətindən qayıtdığı gün ziyarət edir. Sonuncu dəfə nüvə sualtı qayığının göyərtəsində 2013-cü ildə Devid Kemeron olmuşdu.

“Sky News”un yazdığı kimi, krallıq donanmasının dənizdə daimi olaraq yerləşmiş bir nüvə sualtı qayığı olmalıdır. Medianın məlumatına əsasən, dənizdə davamlı çəkindirmə Birləşmiş Krallığın müdafiə strategiyasının təməlidir.

Müdafiə Nazirliyi Starmerin nüvə sualtı qayığının göyərtəsində olduğunu əks etdirən video yayıb. Kadrlarda baş nazirlə birlikdə müdafiə naziri Con Hill də görünür.

Oxşar