Kir Starmer - ABŞ və İran arasında atəşkəs razılaşmasına baxmayaraq, Hörmüz boğazının yenidən açılması üçün hələ çox iş görülməlidir
ABŞ və İran arasında atəşkəs razılaşmasına baxmayaraq, Hörmüz boğazının yenidən açılması üçün hələ çox iş görülməlidir – bu haqda Böyük Britaniyanın Baş naziri Kir Starmer bildirib.
Səudiyyə Ərəbistanına səfəri zamanı Starmer qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın dünən gecə elan etdiyi razılaşmadan sonra “əsl rahatlıq hissi” yaranıb.
Böyük Britaniyanın Baş naziri bildirib ki, indi əsas məqsəd Hörmüz boğazını yenidən açmaqdır, çünki bu, “enerji daşıyıcılarının qiymətlərinə təsir göstərir”.
“Son 39 gün ərzində bunu hər gün görürsünüz, bizim işimiz boğazın açılmasını təmin etməkdir ki, Böyük Britaniyada qiymətləri sabitləşdirə bilək” – Starmer bildirib.
Bununla yanaşı, Starmer qeyd edib ki, Böyük Britaniya “bu müharibəyə qoşulmayacaq”.