Kiprdə koronavirusun yeni növünün 12 halı aşkar edildi
Kiprdə koronavirusun yeni növünün 12 halı aşkar edildi

Kiprdə koronavirusun yeni növünün 12 halı aşkar edildi. Virusa yoluxanların hamısı Britaniyadan getmişdir. Məlumatı “Reuters” yayır.

Son üç həftə ərzində Kiprdə apidemioloji vəziyyət çətinləşdi. Hər gün adada koronavirusa yoluxmanın 600 halı qeydə alınır.

Cəmi isə, pandemiyanın başlamasından bu günə qədər virusa 23 445 insan yoluxub, 129 pasiyent vəfat edib.