Kim Çen In – Şimali Koreya Ukraynada Moskvanın atdığı bütün addımları qeyd-şərtsiz dəstəkləməyə hazırdır
Şimali Koreya Ukraynada Moskvanın həyata keçirdiyi bütün tədbirləri qeyd-şərtsiz dəstəkləməyə hazırdır – bu barədə Şimali Koreyanın lideri Kim Çen In Rusiya xarici işlər naziri Sergey Lavrovla görüş zamanı bildirib.
“Reuters”in məlumatına görə, Kim Çen In Lavrovla söhbətində qeyd edib ki, qlobal geosiyasətin radikal şəkildə dəyişdiyi dövrdə müttəfiqlərin atdığı addımlar dünyada sülh və təhlükəsizliyin təminatında mühüm rol oynayacaq.
Kim Çen In bir daha təsdiqləyib ki, ölkəsi “Rusiyanın rəhbərliyi tərəfindən Ukrayna böhranının əsas səbəblərinin həllinə yönəlmiş bütün tədbirləri qeyd-şərtsız dəstəkləməyə və təşviq etməyə” hazırdır.
Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Şimali Koreyada üçgünlük səfərdədir.