Xviça Kvaratsxelianın "Paris Saint-Germain" komandası Klublararası Dünya Çempionatının yarımfinalında Madridin "Real"ı ilə qarşılaşacaq - Birbaşa reportaj Birinci Kanalda #1TVSPORT
Xviça Kvaratsxelianın “Paris Saint-Germain” komandası FIFA 2025-ci ilin Klublararası Dünya Çempionatının yarımfinalında Nyu-Cersidə Madridin “Real”ı ilə qarşılaşacaq. Matç saat 23:00-da başlayacaq və birbaşa reportajı Birinci Kanal sizlərə təqdim edəcək.
“Paris Saint-Germain” turnirin 1/4 finalında Münhenin “Bayern” komandasını Atlantada 2:0 hesabı ilə məğlub etdi. Qeyd etmək lazımdır ki, matçın sonunda parislilər meydanda doqquz futbolçu ilə qaldılar, hakim Uilian Paçonu və Luka Ernandesi meydandan qovdu. FIFA-nın reqlamentinə əsasən, bu oyunçular iki oyunluq diskvalifikasiya aldılar və onlar üçün Klublararası Dünya Çempionatı başa çatdı.
Madridin “Real”ına gəlincə, Xabi Alonsonun çalışdırdığı komanda 1/4 finalda Dortmundun “Borussia” komandasını 3:2 hesabı ilə məğlub etdi. Bu matçda özünü pis hiss edən və yalnız 1/8 finaldan komandaya qoşulan Kilian Mbappe turnirdə ilk qolunu vurdu.
İspaniya futbolunun nəhəngi də yarımfinal mərhələsinin oyununa itkilərlə çıxır, mərkəz müdafiəçisi Din Huisen komandaya kömək edə bilməyəcək, o da diskvalifikasiya olunub. David Alaba, Endrik və Ferlan Mendi zədə səbəbindən oynaya bilməyəcəklər.
“Real” və “Paris Saint-Germain” sonuncu dəfə 2022-ci ildə Çempionlar Liqasının 1/8 final mərhələsində qarşılaşıblar. İspaniyalılar bu matçda 3:1 hesabı ilə qalib gəldilər, hər üç qolu həmin il “Qızıl top”u qazanan Karim Benzema vurdu.
Bu cütün qalibi iyulun 13-də Klublararası Dünya Çempionatının finalında Londonun “Chelsea” komandası ilə qarşılaşacaq. İngilis komandası yarımfinalda Braziliyanın “Fluminense” klubunu məğlub edib.