Xüsusi əməliyyat zamanı yaralanan Temirlan Maçalikaşvilinin vəziyyəti ilə tanış olmaq üçün, Tbilisidə xarici mütəxəssisləri gözləyirlər
Pankisi Dərəsinin Duisi kəndində xüsusi əməliyyat zamanı yaralanan 19 yaşlı Temirlan Maçalikaşvilinin vəziyyəti ilə tanış olmaq üçün, Tbilisidə xarici mütəxəssisləri gözləyirlər.
Müqəddəs Mikael adına klinikanın həkimləri və ailə üzvlərinin məlumatına görə, rus və türk mütəxəssisləri ilə artıq əlaqə yaradılıb və rus həkiminin elə bu gecə Gürcüstana gəlməsi mümkündür.
Ailə üzvlərinin bəyan etdiyinə görə, Temirlan Maçalikaşvilinin xarici klinikaya aparılmasına da razıdılar.
Həkimlərin dediyinə görə, pasientin durumu ağırdır, yenə komatozik durumdadır və süni nəfəsalma aparatına qoşulub.