Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviç həyat yoldaşı Sania Musiç Milanoviç və onu müşayiət edən nümayəndə heyəti ilə birlikdə fevralın 11-13-də Gürcüstana rəsmi səfər edəcək.
Gürcüstanın Prezident Administrasiyasının məlumatında, Mixeil Ğavelaşvilinin Zoran Milanoviçi rəsmi qarşılanma mərasiminin keçiriləcəyi Gürcüstanın Prezident Sarayında qəbul edəcəyi deyilir.
Mixeil Ğavelaşvili və Zoran Milanoviçin təkbətək və genişləndirilmiş formatda görüşləri planlaşdırılır, bundan sonra da mediaya birgə bəyanat veriləcək.
Həmçinin, səfər çərçivəsində Xorvatiya Respublikası Prezidentinin Gürcüstanın Baş naziri İrakli Kobaxidze və parlamentin sədri Şalva Papuaşvili ilə görüşü planlaşdırılır.