Xorava küçəsində öldürülən yeni yetmələrin işi ilə bağlı məhkəmə hansı qərarı verdi
Xorava küçəsində yeni yetmələr arasında baş verən münaqişə zamanı öldürülən iki yeniyetmənin məsələsində ittiham olunan hər iki gənci məhkəmə suçlu elan etdi.
Məhkəmə tərəfindən verilən qərara əsasən, ittiham olunan yeniyetmələrin hər biri digər yaşıdlarını qətlə yetiriblər.
Bugünki məhkəmədə hakim sadəcə cinayətin kvalifikasiyasını bildirdi, ancaq cəza tədbirinin nə olacağını elan etmədi.
Xorava küçəsində iki yeniyetmə 2017-ci ilin dekabr ayında öldürüldü.
İttiham edən tərəfin məlumatına görə, törədilən cinayətə görə, ittiham olunan yeniyetmələrə verilən cəza tədbiri Gürcüstanın Cinayət Məcəlləsinin 109-cu maddəsinin 2-ci hissəsinin “b” və “a” alt maddələri ilə müəyyən olunur.