Xorava küçəsində baş vermiş cinayətlə bağlı Parlament Araşdırma kommisiyası yaradılacaq

15:34, 31.05.2018
Xorava küçəsində baş vermiş cinayətlə bağlı Parlament Araşdırma kommisiyası yaradılacaq, – Bu haqda Parlament sədri İrakli Kobaxidze bəyan etdi.

“Bu gün məhkəmə bizim üçün çətin işlə bağlı qırar qəbul etdi, qərar iki həddi buluğa çatmamış şəxsin öldürülməsinə aiddir. Məhkəmə qərarının məzmununa əsasən, təqsirkarların birinə bitmiş cinayət, digərinə isə yalnız cəhd təyin olundu, qərarla bağlı bəzi suallar yarandı.

Anlayırıq ki, məhkəmədə işin müzakirəsi davam edir, lakin, işin araşdırmasının bizim qrup üçün prinsipli iş olmasına əsasən, Parlament bu gün araşdırma işinə qoşulacaq. Biz hərşeyi edəciyik ki, qərar ədalətli şəkildə alınsın.

Bunun üçün Parlament Araşdırma Komissiyası yaradılacaq, komissiya ədalət mühakiməsinin icrasını təmin etmək üçün, ona əlçatan olan bütün berketlərdən istifadə edəcək”, – İrakli Kobaxidze bəyan etdi.

Tbilisi Şəhər Məhkəməsi bu gün, cinayət işi ilə bağlı hər iki şəxsə qarşı hadisəni təsdiq edən qərar aldı. Məhkəmə, ittiham olunan şəxsləri   həddi buluğa çatmamış şəxsin qəsdlə öldürülməsi   və öldürmə cəhdi ilə təqsirkar saydı.   Q.B. ağırlaşdırıcı hallarda,   həddi buluğa çatmamış Levan Dadunaşvilinin qəsdən öldürülməsi faktı ilə günahkar sayıldı. Lakin, Q.C. isə ağırlaşdırıcı hallarda,   həddi buluğa çatmamış   Davit Saralidzenin qəsdən öldürmə cəhdi ilə günahkar sayıldı. Eyni qərar ilə, Q.B. və Q.C , Davit Saralidzenin qrup halında öldürülməsində günahsız sayıldı. Lakin, Q.C tərəfndən həyata keçmiş cinayət, Davit Saralidzenin  ağırlaşdırıcı hallarda qətl cəhdi kimi kvalifikasiya olundu.

Zərərçəkmişlərin yaxınları məhkəmənin qərarı ilə razılaşmırlar. Qərarın verilməsindən sonra, Xorava küçəsində öldürülmüş şəxsin atası Zaza Saralidze, yaxınları ilə bərabər Əsas Prokurorluğun qarşısında etiraz aksiyası keçirirlər.

 

Oxşar