Xorava küçəsində baş verən cinayəti öyrənən müvəqqəti komisiya bugün yenə dörd yeniyetməyi sorğulayacaq
Xorava küçəsində baş verən cinayəti öyrənən müvəqqəti komisiya bugün yenə dörd yeniyetməyi sorğulayacaq. Onlardan birini Daxili İşlər Nazirliyi istintaqın ilk mərhələsində sorğulamayıb.
Komisiyanın üzvü İrakli Abesadzenin dediyinə görə, bugün necə bilavasitə münaqişədə iştirak edən yeniyetmələri, eləcədə, həmin münaqişə haqqında önəmli məlumatı olanları sorğulayacaqlar.
İstintaq komisiyası apardığı istintaq nəticələrini parlament bürosunda sentyabrın əvvəlində təqdim edəcək.
“Avqustun orta tarixlərində mərüzəmizin ilk versiyasını təqdim edim edib, onun üzərində işləyə bilərik” – dedi komisiyanın sədri Sergi Kapanadze.
Müvəqqəti istintaq komisiyası dünən sabiq baş prokuror İrakli Şotadzeyi və Daxili İşlər Naziri Giorgi Qaxariayı dinlədi.