Xidmət Agentliyinin struktur bölmələri aprelin 18-dən aprelin 21-i də daxil olmaqla fəaliyyət göstərməyəcək
Aprelin 18-dən 21-i də daxil olmaqla elan olunmuş qeyri-iş günlərində Xidmət Agentliyinin struktur bölmələri fəaliyyət göstərməyəcək. Bu barədə bəyanatı Gürcüstan Daxili İşlər Nazirliyinin Xidmət Agentliyi yayır.
“Daxili İşlər Nazirliyinin Xidmət Agentliyi nəzərinizə çatdırır ki, əzəmətli Pasxa bayramı ilə əlaqədar aprelin 18-dən 21-i də daxil olmaqla elan olunmuş qeyri-iş günlərində Xidmət Agentliyinin struktur bölmələri fəaliyyət göstərməyəcək.
Sürücülük hüququnun əldə edilməsi üçün praktiki imtahanın birinci mərhələsində (meydan) planlaşdırılmış (ödənişsiz) çıxışı aprelin 18, 19 və 21-nə təsadüf edən şəxslərə, həmin günlər birinci mərhələnin verilməsi üçün ayrılmış 30 təqvim gününə əlavə olunacaq.
Sürücülük hüququnun əldə edilməsi üçün praktiki imtahanın birinci mərhələsinə (meydan) ayrılmış 30 təqvim günü qeyd olunan müddətdə başa çatan şəxslər, imtahana çıxmaq hüququndan 25 aprel də daxil olmaqla istifadə edə biləcəklər.
Nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsinin son günü aprelin 18-dən aprelin 21-i də daxil olmaqla olan müddətə təsadüf edən şəxslərə, cərimə sanksiyaları tətbiq olunmayacaq və gömrük rəsmiləşdirilməsinin son tarixi olaraq aprelin 22-si müəyyən ediləcək.
Nəqliyyat vasitəsinin dövlət nömrə nişanını saxlayan/bron edən və qeyd olunan müddətdə saxlanma/bronlama müddəti başa çatan şəxslər üçün müddət aprelin 22-si də daxil olmaqla uzadılacaq” – Xidmət Agentliyinin bəyanatında deyilir.