Xəstəliklərə Nəzarət Mərkəzində quduzluğun təhlükəli peyvəndinin istifadə edilməsini inkar edirlər
Xəstəliklərə Nəzarət Mərkəzində quduzluğun təhlükəli peyvəndinin istifadə edilməsini inkar edirlər

Xəstəliklərə Nəzarət Mərkəzində 29 222 dozalı quduzluğun təhlükəli peyvəndinin istifadə edilməsi haqqında yayılan məlumatı inkar edirlər

Bu barədə Birinci Kanala Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Mərkəzinin direktoru Amiran Gamğrelidze bəyan etdi.

Bununla yanaşı, elə onun dediyinə görə, söhbət uşaqlara planlı edilən peyvəndlər deyil, quduzluğun peyvəndindən gedir.

“Bizim bəyanatımız müəyyən ajiotaj yaradan məsləyə aiddir – immunizasiya prossesi barəsində publikasiyaya.

Publikasiyada yazılanlar həqiqətə uyğun deyil. Bu məslə barəsində Xəstəliklərə Nəzarət Mərkəzi Audit Xidmətinə dəfələrlə arqumentləşdirilmiş cavab veribdir.

O cümlədən, iki gün bundan əvvəl Audit Xidmətində iclas keçirildi və əməkdaşımız bu məsələnin düzgünlüyünü sübut etdilər. Nəticədə bu gün Audit Xidmətinin publikasiyası ajiotaja səbəb oldu və Audit Xidməti  Xəstəliklərə Nəzarət Mərkəzinin arqumentləri ilə razılaşdı. Vəd var idi ki, məsələ aradan qaldırılacaqdı.

İstəmirəm düşünəm ki, ölkədə ən əhəmiyyətli səhiyyənin intervensiyasının diskriminasiyası məqsədyönlü baş verir.

Xatırladaq ki, tibb tarixində son 200 il ərzində ictimaiyyət bundan yaxşı intervensiya edilməyibdir. Bu milyonlarla insanın həyatını xilas etdi.

O cümlədən, bu günki publikasiyanın başlığın qeyd edilməyibdir ki, söhbət uşaqlara planlı edilən peyvəndlər deyil, quduzluğun peyvəndindən gedir”, – Amiran Gamğrelidze bəyan etdi.

Amiran Gamğrelidze bəyan etdiyinə görə, quduzluq 100 faiz ilə ölümcül xəstəlikdir.

Elə onun dediyinə görə, qeyd olunan məsələ üzrə Audit Xidməti ilə bir daha görüş təşkil edilməlidir.

Audit Xidmətinin məlumatına görə, Gürcüstanda sağlamlıq üçün təhlükəni əhatə edən 29 222 doza peyvəndi xərcləndi.