Xəstəliklərə Nəzarət Mərkəzi – Uşaq bağçalarında tərbiyə alan uşaqların zəhərlənmə hallarının klinik gedişatı ümidvericidir, tədqiqatın nəticələri göstərir ki, hallarının əksəriyyətinin səbəbi norovirus olub

12:08, 20.09.2026

 

Sentyabrın 17-də uşaq bağçalarında tərbiyə alan uşaqlar arasında qastroenteritlə müşayiət olunan hallar aşkarlanan kimi, Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzi öz səlahiyyətləri çərçivəsində tədqiqata qoşulub – bu barədə Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzində bəyan edirlər.

Mərkəzdən bəyan edildiyi üzrə, ilk növbədə, bu məqamda halların klinik gedişatı ümidvericidir, heç bir halda ciddi və ya təhlükəli ağırlaşma baş verməyib, uşaqların əksəriyyəti artıq sağalma mərhələsindədir və tezliklə adəti həyat ritminə qayıdacaqlar.

“Xəstəliklə bağlı laboratoriya tədqiqatının nəticələri göstərir ki, halların böyük əksəriyyətinin səbəbi yüksək ehtimalla norovirus olub. Bununla yanaşı, qeyd olunmalıdır ki, tədqiqatlar davam edir və son nəticələr əldə olunan kimi ictimaiyyətə məlumat veriləcək. Bu patogen dünya miqyasında virus mənşəli qastroenteritlərin əsas törədicisidir. Gürcüstanın göstəricilərinə əsasən, virus mənşəli qastroenteritlərinin 40-45%-nin səbəbi məhz norovirusdur. Norovirus qusma, qarın ağrısı, diareya və bəzən hərarətin yüksəlməsi ilə xarakterizə olunan infeksiyadır. O, həyat üçün təhlükəli deyil və bir qayda olaraq, orqanizm infeksiyaya 1-3 gün ərzində özü qalib gəlir. Xəstəliyin idarə olunması su-elektrolit balansının saxlanılması ilə həyata keçirilir. Norovirusun müalicəsi prosesində vacibdir: düzgün hidratasiya, orqanizmdə mayenin bərpa edilməsi; qidalanma rejiminin qorunması – ən azı 3-4 gün ərzində süd məhsulları, yağlı, qızardılmış və acı qidaların rasiondan çıxarılması; diareya və qusma əleyhinə dərmanların qəbulu – yalnız həkim təyinatı ilə. Bununla yanaşı, norovirusun yayılmasının qarşısını almaq üçün gigiyena qaydalarına riayət etmək – əlləri ən azı 20 saniyə ərzində sabunla yumaq, çirklənmiş səthləri dezinfeksiya etmək vacibdir. Buradaca qeyd edilməlidir ki, uşaq tərbiyə müəssisələrində qida təhlükəsizliyinin araşdırılması məqsədilə ilk mərhələdən Kənd Təsərrüfatı Nazirliyinin müvafiq xidmətləri prosesə qoşulub” — yayılan məlumatda deyilir.

Oxşar