Xatiya Dekanoidze – “Gürcü Arzusuna” heç cür manipulasiya kömək edə bilməyəcək ki, seçkilərdə 43 faiz götürsün
Müxalifətçi, Xatiya Dekanoidze bəyan edir ki, hakim komandaya heç cür manipulasiya kömək edə bilməyəcək ki, yerli özünüidarəetmə seçkilərində “Gürcü Arzusu” 43 faiz toplasın.
Dekanoidzenin dediyinə görə, mülki sektorun mövqeyidir ki, MSK-nın namizədlərinin seçilməsi prossi eyni bərabər şəraitlərə əsaslanmamışdır.
“Bu namizədlər MSK-nın “klan” üzvləridilər. Onlara səs yetmədi və dördüncü səsvermədə təsdiq edəcəklər. Proses elə keçməli idi ki, seçki prosesinə qarşı etimad arta idi. Bunun əvəzinə, “Gürcü Arzusu” etimadını daha da azaldır. Mənim üçün təsəvvürolunmazdır ki, Giorgi Kalandarişvili “Gürcü Arzusuna” yardım göstərsin, çünki, onlar üçün məqbul olan manipulasiya kömək edə bilməyəcək ki, “Gürcü Arzusu” seçkilərdə 43 faiz götürsün”, -Gürcüstanın Birinci Kanalına Xatiya Dekanoidze bildirdi.
MSK sədrliyi və üzvülüyünə namizədlərinə bu gün üçüncü dəfə səsə qoyuldu, lakin namizədlər Parlamentdə lazım olan dəstəyi yenə qazana bilmədilər. Lazım olan 100 səsin iki dəfər toplanmağı mümkün olmadan sonra, bu günki səsvermədə namizədin seçilməsinə 90 səs yetərli idi. Lakin, lazım olan səslərin yenə də səfərbər olunması mümkün olmadığından, yekunda namizəd siyahı çoxluğu ilə təyin olunacaq, lakin beş illiyinə deyil, altı ay müddətinə.