Xarici medianın məlumatına əsasən, Stiv Uitkof və Marko Rubio Ukrayna, İran və ticarət məsələləri ilə bağlı danışıqlar üçün bu həftə Parisə yola düşəcəklər
ABŞ dövlət katibi Marko Rubio və Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkof bu həftə danışıqlar üçün Parisə yola düşəcəklər.
Bu barədə “Politico” nəşri anonim mənbələrə istinadən məlumat yayır.
“Politico”nun yazdığı kimi, Stiv Uitkof Fransa Prezidenti Emmanuel Makronla, Marko Rubio isə həmkarı, Fransanın xarici işlər naziri Jan-Noel Baro ilə görüşəcək. Mənbələrin məlumatına əsasən, görüşlərdə tərəflər Ukrayna, İran və ticarət məsələlərini müzakirə edəcəklər.